
Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.
E.Hüseynov həmçinin gələn ilin sonuna kimi, Ağdamın daha 2 kəndində bərpa işlərinin aparılması barədə də konfrans iştirakçılarına məlumat verib:
"Ağdam rayonunda həm Baş Qərvənd kəndində, həm Eyvazxanbəyli kəndində tikinti işlərinə bu ay start veriləcək. Biz 2026-cı ilin sonun qədər bu kəndlərdə də bərpa işləri yekunlaşdıracaq və əhalinin köçürülməsini təmin ediləcəyik".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.