2-11-2022, 17:30 535

Azərbaycan QHT-ləri Ermənistanın törətdiyi mina terrorunu qınayıb

“2020-ci il Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizin mülki şəxslərini hədəfə alan və Ermənistan tərəfindən törədilən mina terroru bu gün də davam etməkdədir”.

“AVESTA.AZ”un xəbərinə görə, bu fikirlər Azərbaycanın qeyri-hökumət təşkilatlarının Ermənistanın törətdiyi mina terroru ilə bağlı bəyanatında əksini tapıb.

Qeyd olunub ki, Ermənistan bütün tarixi dövrlərdə Azərbaycanın mülki əhalisinə münasibətdə beynəlxalq hüququn prinsip və normalarına qarşı hərəkət edib.

“Onlar istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində terror hadisələrini, Azərbaycan əhalisinə qarşı soyqırım istəklərini heç vaxt gizlətməmişlər və dinc Azərbaycan əhalisinin qətlinə səbəb olmuşlar. Hətta 2020-ci il Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizin mülki şəxslərini hədəfə alan və Ermənistan tərəfindən törədilən mina terroru bu gün də davam etməkdədir”, - bəyanatda vurğulanıb.

Bildirilib ki, otuz il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan bu torpaqlarda 1 milyondan çox mina basdırıb. Əsasən Ermənistan və başqa ölkələrin istehsalı olan bu minaların partlaması nəticəsində təkcə Vətən müharibəsindən sonra keçən iki il ərzində 267 nəfər Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb:

“Bu günədək minaların təmizlənmə prosesi zamanı on minlərlə mina və partladılmamış hərbi sursat tapılaraq məhv edilmişdir. Azərbaycan hökuməti dəfələrlə Ermənistandan mina xəritələrini tələb etsə də, Ermənistanın buna cavabı adekvat olmamışdır. Ermənistan tərəfindən verilən mina xəritələri isə ümumi minalanmış ərazilərin çox kiçik faizini əhatə etmişdir və həmin sənədlərdə verilən məlumatın dəqiqliyi və etibarlılığı çox aşağı səviyyədədir”.

QHT-lərin birgə bəyanatında diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Respublikası işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərini öz daxili resursları hesabına görür. İşğal dövründə dağıdılmış bu ərazilərin işğalçılar tərəfindən minalarla çirklədirilməsi və işğaldan azad olunmuş bu torpaqların minalardan təmizlənmə prosesinin uzun müddət çəkməsi bərpa prosesini ciddi şəkildə ləngidən amillərdən biridir: “Zamanında Ermənistanın bu hərbi cinayətə getməsi perspektivdə həm də mümkün quruculuq işlərinə zərbə vurmaq məqsədilə baş vermişdir. Təəssüf hissi ilə qeyd edirik ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi bu gün həm bərpa prosesini və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngidir, həm də bir terror hadisəsi olaraq çoxsaylı insanların həyatına son qoyur və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olur”.

Bəyanatda vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir: “Hər bir partlayan mina sadəcə kiminsə həyatına və sağlamlığına son qoymur. Bu, yalnız mina təsirinə birbaşa məruz qalmışlar və onların yaxınları ucun faciə deyil. Bu, eyni zamanda, yeni nifrət dalğalarının mənbəyidir. Bununla yanaşı mina terroru Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün münbit şəraitin əldə edilməsinin qarşısını alır. Minalar müharibə və zorakılıq toxumlarıdır, və biz dünyanın bütün xoşməramlı insanlarından dəstək istəyir, mütərəqqi qüvvələri mina terroruna qarşı mübarizə aparmaq üçün birləşməyə çağırırıq.

Bu səbəbdən biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara üz tutaraq, Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik”.

Paylaş

Xəbər lenti

Premyer Liqa: "Qarabağ" "İmişli"yə qalib gəlib Bu gün, 19:48 Qırmızı dənizdə miqrantları daşıyan gəmi batıb: 109 nəfər ölüb Bu gün, 19:48 Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı Bu gün, 19:48 Avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ Bu gün, 19:48 Ferstappen Sinqapur Qran-prisinin qalibi olub Bu gün, 19:48 Fastfudun təhlükəsiz istehlak norması açıqlanıb Bu gün, 18:48 Kabildə keçirilən sərgidə 400 milyon dollarlıq sazişlər imzalanıb Bu gün, 18:48 Biləsuvarda bir neçə avtomobil toqquşdu: Ölən var Bu gün, 18:48 Sabah Culfanın 13 kəndində işıq olmayacaq Bu gün, 18:48 Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur? Bu gün, 17:48 Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb Bu gün, 17:48 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib Bu gün, 17:48 Pakistan ordusu Əfqanıstan sərhədində 12 silahlını zərərsizləşdirib Bu gün, 17:48 Tovuzda qadın dəm qazından boğularaq öldü Bu gün, 16:48 Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb Bu gün, 16:48 Həkim dərmandan ZƏHƏRLƏNDİ Bu gün, 16:48 Əməkdar jurnalist vəfat edib Bu gün, 16:48 Stiven Siqal dördüncü həyat yoldaşından ayrılıb Bu gün, 15:48 ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama Bu gün, 15:48 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Bu gün, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Bu gün, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Bu gün, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Bu gün, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Bu gün, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Bu gün, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Bu gün, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Bu gün, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Bu gün, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Bu gün, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Bu gün, 12:48 Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ Bu gün, 12:48 "Yandex"in data mərkəzinə növbəti PUA hücumu - Xidmətlər dayandı Bu gün, 11:48 25 yaşlı azərbaycanlı Polşada vəfat etdi Bu gün, 11:48 Xəyalə "Aşk-ı Memnu"dakı malikanədə ağladı Bu gün, 11:48 Beyləqanda avtomobil elektrik dirəyinə çırpılıb, cərəyan sürücünü vuraraq öldürüb Bu gün, 11:48 ABŞ Rusiyaya atəşkəs üçün 3 iqtisadi təklif irəli sürüb - DETALLAR Bu gün, 10:48 Gəncədə səs-küy salıb atasını yuxudan oyadan şəxs həbs olundu Bu gün, 10:48 Dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib Bu gün, 10:48 Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib Bu gün, 10:48 Azərbaycanda gənc futbolçu VƏFAT ETDİ Bu gün, 09:48 Ər-Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı Bu gün, 09:48 Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün VII tura yekun vurulacaq Bu gün, 09:48 Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir Bu gün, 09:48 Zooparkda pələng kişini diri-diri yedi Bu gün, 00:48 Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan altı il ötür Bu gün, 00:48 Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik Dünən, 23:48 Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR