
Bakıda sürücü avtomobilini yolun ortasında saxlayaraq digər sürücü ilə mübahisə edib, nəticədə prospektdə nəqliyyatın hərəkəti dayanıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Tbilisi prospekti üzrə 20 Yanvar dairəsi istiqamətində qeydə alınıb. 77-EM-707 dövlət nömrə nişanlı "Porsche" markalı avtomobilin sürücüsü maşını yolun ortasında saxlayaraq digər nəqliyyat vasitəsinin sürücüsü ilə mübahisəyə başlayıb.
Bakıda sürücü yolun ortasında maşını saxlayıb mübahisə etdi, hərəkət iflic oldu#Avtomobil pic.twitter.com/qIbMTgkMLI
— Oxu.Az (@oxuaz) July 16, 2025
Bu səbəbdən prospektdə nəqliyyatın hərəkəti iflic olub. Hadisə anını əks etdirən görüntülər sosial şəbəkə platformalarında yayılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.