
Bakı-Şamaxı yolunda avtomobil yanıb.
Bu barədə AVESTA.AZ-in "Qaynar xətti"nə görüntülər daxil olub.
Qeyd edilib ki, "BMW X6" markalı maşın anidən alışmağa başlayıb. Onun hansı səbəbdən yandığı isə açıqlanmayıb.
Yaxınlıqdan keçən sürücülər yanan maşına müdaxilə etmək üçün həmin ərazidə dayanıblar.
"BMW X6" alovlanaraq tamamilə yanıb.
Sözügedən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.