
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirib.
AVESTA.AZ xəbər verir ki, tədbir zamanı Orxan Qarayev və Polad Mehdiyev saxlanılıblar.
Onların Salmanbəyli kəndi ərazisində yerləşən torpaq sahəsindən 70 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.