
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə batan şəxs tapılıb.
Bu barədə AVESTA.AZ-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
"İyulun 18-i Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib", - məlumatda qeyd olunub.
***10:00
Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə bir nəfər batıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.