
Şəkidə boğazında tıxanma yaranan 3 aylıq körpə ölüb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Cumakənd kəndində qeydə alınıb.
3 aylıq körpə A.Abbasov qusma nəticəsində boğazında yaranan tıxanma səbəbindən yaşadığı ünvanda ölüb.
Məlumata görə, valideynləri körpəni Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da artıq gec olub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.