
"Qarabağ" ardıcıl ikinci mövsüm UEFA Konfrans Liqasının pley-offunda iştirak edəcək.
"Report"un məlumatına görə, Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda Almaniya "Frayburq"u ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" qitənin 3-cü dərəcəli klub turnirində mübarizə aparacaq.
Ölkə çempionu G qrupunu 8 xalla başa vuraraq üçüncü yeri tutub. Pley-off mərhələsinin püşkü noyabrın 7-də atılacaq.
Qeyd edək ki, "Qarabağ" 2021/2022 mövsümündə də eyni turnirin pley-offunda iştirak edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.