
İyulun 25-də saat 13 radələrində İsmayıllı rayonunun Hacıhətəmli kəndi ərazisində Arif Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobil ilə yolu keçən piyada, 55 yaşlı Göyçək Vahidovanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.