
Ağstafa rayonunun Aşağı Göycəli kəndində bir ailənin üç üzvü zəhərlənib.
AVESTA.AZ Baku TV-yə istinadən xəbər verir ki, hadisə Mahmudovlar ailəsində baş verib.
Məlumata görə, səhər saatlarında süfrə arxasında yemək yeyəndən bir qədər sonra ata, ana və oğulun vəziyyəti qəfil pisləşib. Zəhərlənən şəxslər 62 yaşlı Mirhəsən Mahmudov, 58 yaşlı həyat yoldaşı Nəsibə Mahmudova və 30 yaşlı oğulları Mirmahir Mahmudovdur. Onlar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.
Ailənin qohumlarından birinin sözlərinə görə, ilk olaraq ata və ananın səhhətində problem yaranıb. Təxminən bir-iki saat sonra isə oğullarının da vəziyyəti pisləşib.
"Səhər bahalı yağ, fətir, yuxa, şirinçayla səhər yeməyini yeyiblər. Birinci düşündük ki, yəqin hansısa infeksiyadır. Sonradan məlum oldu ki, zəhərləniblər. Hələlik konkret nədən zəhərləndiklərini bilmirik", - deyə qohum diqqətə çatdırıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.