
Bakıda avtomobil yolu çökür.
Bu barədə məlumat və görüntülər AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə Yasamal rayonunun Tağı Şahbazi küçəsində qeydə alınıb:
"Uşaq Novroloji Xəstəxanasının yaxınlığında yerləşən yolda kanalizasiya qapağı yerləşən hissədə yol çökür. Üstəlik günü-gündən yolda çökmə prosesi davam edir. Burada hər an təhlükəli hadisə baş verə bilər", - deyə şikayətçi bildirib.
Sözügedən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.