
Quba rayonunda 60 yaşlı qadını avtomobil vuraraq öldürüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun Barlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Xaçmaz rayon sakini, 1966-cı il təvəllüdlü Rəna Orucovanı avtomobil vurub.
Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.