
"Araz-Naxçıvan" klubunda çıxış edən İqor Ribeyro iyul ayında rəsmi olaraq "Neftçi"yə transfer olunsa da, o, UEFA Konfrans Liqasına vəsiqə qazanan Naxçıvan təmsilçisinin "ağ-qaralar"dan xüsusi icazəsi ilə II təsnifat mərhələsinin son oyununa kimi "qırmızı ağlar"da çıxış edib.
AVESTA.AZ xəbər verir ki, Bunu Oxu.Az-a açıqlamasında "Neftçi" klubunun mətbuat katibi Asəf Zeynallı bildirib.
"Komanda bu gün axşam Bakıya qayıdır. İqor Ribeyroda "Neftçi"yə Bakıda qoşulacaq", - deyə A.Zeynallı bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.