
Sumqayıtda mağazada satıcıya hücum edilib.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib.
Mağazada satıcı işləyən 22 yaşlı Aqil Hüseynov müştərilərdən biri tərəfindən boynundan bıçaqlanıb.
Satıcı yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.