9-08-2025, 23:48 968

Azərbaycanın qeyri-neft ixracında artım -

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9 faiz artaraq 1.8 milyard ABŞ dolları təşkil edib.

2025-ci ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7.4 milyon ABŞ dolları və ya 54.4 faiz, kimya sənayesi məhsulları 48.7 milyon ABŞ dolları və ya 38.7 faiz, meyvə-tərəvəz 81.2 milyon ABŞ dolları və ya 24.3 faiz, pambıq iplik 1.8 milyon ABŞ dolları və ya 16.6 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 5.1 milyon ABŞ dolları və ya 12.5 faiz, çay 62.5 min ABŞ dolları və ya 2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 666.8 min ABŞ dolları və ya 0.7 faiz artıb. Cari ilin ilk altı ayı ərzində aqrar məhsulların ixracı 21.9 faiz artaraq 455.2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 7.7 faiz artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (149 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (144 milyon ABŞ dolları) ikinci, pambıq (98.6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Rəqəmlərdən də göründüyü kimi qeyri-neft sektoru inkişaf edir. Bəs bu inkişaf davamlı ola bilərmi? Bunun üçün daha hansı addımlar atılmalıdır?

AVESTA.AZ bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Sanksiyalar bizim üçün müsbət nəticə verib"

İqtisadçı Cəfər İbrahimli deyir ki, ixrac rəqəmlərinə baxdıqda, əsas diqqət çəkən aqrar və aqrar-sənaye məhsullarıdır. Onlarda daha çox artım müşahidə olunur. Bu artımları stimullaşdıran səbəblər var: "Onlardan biri dövlət dəstəyidir. Dövlət sahibkarlara uzunmüddətli güzəştli kreditlər, subsidiyalar ayırır. On ilə yaxındır daxili istehsal dəstəklənir. Rusiya bazarının mövcud vəziyyəti də artıma təsir edən amillərdəndir. Qonşu ölkəyə qarşı tətbiq olunan sanksiyalar bizim üçün müsbət nəticə verib. Artım müsbətdir və davamlı görünür. Son illərdə dövlətin dəstəyi, investisiyaların qoyulması və xarici bazarlarda məhsullarımıza olan tələbat bunu təmin edib".

C.İbrahimlinin sözlərinə görə, qeyri-neft məhsullarının ixracındakı artım müvəqqəti tendensiya deyil: "Bunun da səbəbi dəstəyin olmasıdır. Bu məhsullar illərdir ixrac olunur, bazar var, investisiyalar qoyulub. Şərtlər dəyişməsə, ixracın davamlılığı gözləniləndir. Bazarların şaxələndirilməsi üçün də işlər görülür. Azərbaycan məhsulları digər ölkələrdə tanıdılır. Həmçinin yeni ixrac müqavilələri bağlanılır. Körfəz ölkələrinə daha çox üstünlük verilir. Bunlar da qeyri-neft ixracının artım səviyyəsinin qorunub saxlanmasına kömək edir".

"İxracın davamlı olması gözləniləndir"

İqtisadçının fikrincə, aqrar sahə ilə bağlı emal sənayesini inkişaf etdirmək lazımdır. Aqrar-sənaye məhsullarının ixracının artırılması istiqamətində tədbirlərin aparılması da uzunmüddətli perspektivdə daha çox imkanlar açar: "Qızıl və digər aqrar sənayeyə aid olmayan məhsulları illərdir ixrac edirik. Xaricdə məhsullarımıza kifayət qədər ehtiyac var. Bu baxımdan gələcəkdə də ixracı şərtləndirən vəziyyət mövcuddur. Bu tipli istehsal sahələrinə kifayət qədər investisiyalar qoyulub və yetəri qədər ixrac da mövcuddur. Bu səbəbdən gələcəkdə də ixracın davamlı olması gözləniləndir. İstehsalı da artırmalıyıq. Bu zaman daxili bazarın da təminatını ödəyə bilərik".

"İxrac potensialımızı daha da artırmalıyıq"

İqtisadçı Akif Nəsirli isə qeyri-neft sektorunun hələ də zəif inkişaf etdiyi qənaətindədir: "Artım var, amma hələ ki nisbi görünür. Sektor hələ çox zəifdir. Ona görə də azacıq irəliləyiş belə faiz göstəricisində böyük görünür. Lakin bəzi məhsulların ixracında irəliləyiş var. Artımın səbəbi dövlət dəstəyidir. Digər səbəb sahibkarların daha çox cəhd göstərməsidir. Fermerlər daxili istehsalı artıraraq ixraca yönəlməyə çalışırlar".

İqtisadçı bildirib ki, bu artım müvəqqəti xarakter də daşıya bilər. Çünki qeyri-neft sektoruna dəstək zəifdir: "Bu sektorun inkişafı üçün əsaslı addımlar atılmalıdır. Bu tempi saxlamaq və artırmaq üçün fundamental dəyişikliklər aparılmalıdır. Bu sektoru da inkişaf etdirmək istəyiriksə, hər bir fermerin ucuz vəsaitə, kreditə əlçatanlığı olmalıdır. Fermerlər üçün güzəştli kreditlərin həcmi və əlçatanlığı artırılmalıdır. Amma hələ ki, bu, mümkün deyil. Azad rəqabət mühitinin yaradılmasına çalışmaq lazımdır. Sahibkarlığın qarşısında dayanan maneələr aradan qaldırılmalıdır. Əgər bunlar edilərsə, sektorun inkişafı üçün münbit şərait yarana bilər. Qısa zamanda qeyri-neft sektorundan gələn gəlirlər neft sektoru həcmində olar".

A.Nəsirli ixrac protensialımızı daha da artırmağın vacibliyindən də bəhs edib: "Daxildə məhsul bolluğu yaratmalıyıq ki, ixrac potensialımız daha da artsın. Bunun üçün də istehsal güclənməlidir. Kənd təsərrüfatı sahəsində dünya standartlarına uyğun məhsul istehsalını təmin etmək üçün işlər aparmalıyıq. Belə olduğu halda pomidoru ancaq Rusiyaya ixrac etmək məcburiyyətində qalmayacağıq. Həmçinin Avropa ölkələrinə ixracımızı inkişaf etdirə bilərik. Bunu yalnız fermerə dəstəklə əldə etmək mümkün deyil. Həm də fermerləri maarifləndirməliyik. Onlara daha orqanik məhsulların yetişdirilməsini öyrətməliyik. Bu zaman qeyri-neft sektorunu daha da inkişaf etdirmiş olarıq".

Paylaş

Xəbər lenti

Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR