
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəmənin üsyançı "Ənsar Allah" (husilər) hərəkatının Sənadakı istehsalat obyektlərinə zərbələr endirib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, zərbələrin görüntülərini koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Maliki "X" sosial şəbəkəsində paylaşıb.
Məlumata görə, əməliyyat noyabrın 26-da keçirilib.
Kadrlarda sənaye kompleksi ərazisindəki bir neçə obyektin vurulması, eləcə də sonrakı partlayışlar və qara tüstü görünür.
Dəymiş ziyanın miqyası və zərərsizləşdirilən üsyançılar barədə məlumat yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.