
Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Rayon sakini Ələddin Qədirovun idarə etdiyi VAZ-2106 və Simran Əhmədlinin sükanı arxasında olduğu "Ford Transit" markalı avtomobillər toqquşub.
Nəticədə VAZ-ın sürücüsü xəsarət alıb, sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.
Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.