
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Marneuli bələdiyyəsinin meri Daur İsmayılovla görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, görüşdə qarşılıqlı münasibətlərin daha da dərinləşdirilməsi ilə bağlı gələcək planlar və Marneuli bələdiyyəsində birgə həyata keçiriləcək layihələr müzakirə olunub.
Tərəflər həmçinin Azərbaycan və Gürcüstan arasında uzun illərə əsaslanan strateji tərəfdaşlıq, eləcə də mövcud yüksək səviyyəli siyasi və iqtisadi əlaqələr ətrafında fikir mübadiləsi aparıblar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.