
İranın cənub-şərqində naməlum şəxslərlə polis arasında baş verən qarşıdurmada 4 nəfər ölüb, bir nəfər yaralanıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, Sistan və Bəlucistan əyalətinin Saravan şəhərində naməlum şəxslər polis əməkdaşlarına hücum ediblər.
Tərəflər arasındakı atışma nəticəsində 3 hücumçu zərərsizləşdirilib, bir polis əməkdaşı ölüb, digəri isə yaralanıb.
Hadisənin təfərrüatları araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.