11-08-2025, 10:48 826

Vaşinqtondakı razılaşmalar Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirənlərə növbəti zərbə idi - RƏY

Vaşinqtonda baş tutan Azərbaycan-Ermənistan görüşünün nəticəsində əldə olunan razılaşmalar vaxtilə Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirən şəxslərə növbəti zərbə idi.

AVESTA.AZ xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində Azərbaycan qələbə qazandıqdan sonra regionda yeni geosiyasi reallıq formalaşdırıb. Bu da Azərbaycanın bir sıra dövlətlərin və beynəlxalq təşkilatların işğal dövründəkindən daha artıq dərəcədə hücumlarına məruz qalmasına səbəb olub:

"Əslində, biz geosiyasi inqilab etdik. Qələbəmiz regionda qüvvələr nisbətini dəyişməyə və birinci Qarabağ savaşından sonra formalaşan Minsk qrupu adı ilə siyasi inhisarı formalaşdıran Fransa, ABŞ-nin və Rusiyanın üçlü qaydada bölgəni Qarabağ münaqişəsi vasitəsilə idarə etməsinin həm də ortadan qalxması idi. Bu qələbə həm də bu gün qlobal dünyanı əhatə edən dövlətlərin öz mənafeləri uğrunda Cənubi Qafqazda apardıqları savaşların da durdurulması idi. Tariximizdə ilk dəfə Azərbaycanın özünün formalaşdırmağa çalışdığı qələbə geosiyasəti idi".

O əlavə edib ki, Qarabağı azad etmək üçün həyata keçirdiyi əməliyyatlar zamanı bağlı qapılar arxasında diplomatik siyasi vasitələrlə Azərbaycana hücumlar etməyə çalışan Makron Fransasından sonra Avropa Parlamenti, o cümlədən yeni hakimiyyətə gələn Co Bayden, Antoni Blinken, onların müşayiəti ilə Konqresdə Koksun üzvləri sistemli hibrid savaşına başladılar:

"Müharibə bitəndən cəmi 10 gün sonra Fransa senatı Qarabağın müstəqilliyini tanıyan qətnamə qəbul etdi. Ermənistan Azərbaycanla siyasi kontaktlara gedəndə isə onlar prosesə təsir etmək üçün Ermənistan hakimiyyətini manipulyasiya etməyə başladılar. Natali Luazo, Rafael Qluksman kimi erməni maliyyəsi ilə nəfəs alan Avropa parlamentariləri Fransadan idarə olunaraq Avropa qitəsinin media məkanını və təşkilatlarını bizim üzərimizə qaldırdılar. Məsələnin əsas hədəfi qələbəmizə görə bizə qarşı tədbirlər idi. Amma biz bununla belə Prezident İlham Əliyevin Ağ Ev zirvəsinə gələn yolda növbəti qələbələrini gördük".

O əlavə edib ki, ABŞ-də baş tutan görüşlə vaxtilə Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirən Frank Peloni, Adam Şifş və bu kimi seriyada olan şəxslər növbəti zərbələrini aldılar:

"Azərbaycana təzyiq üçün 907-ci düzəlişi gündəmə gətirirdilər. İki gün əvvəl faktiki olaraq Ağ Ev zirvəsində 907-ci düzəliş ləğv olundu. 1992-ci ildə bu qərara müəlliflik edən şəxslərin övladları hazırda konqresdə müəyyən mövqe tuturlar. Lakin Donald Trampın mövqeyi o qədər güclüdür ki, həmin qüvvələr buna təsir edə bilmirlər".

Zahid Oruc vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında paraflanan sənədlər ictimaiyyətə açıqlanacaq.

"Bu, ətrafda spekulyasiyalara çalışan qüvvələrin mövqelərinə, şübhəsiz ki, zərbə vuracaq. 90-cı illərdə xalqımıza qarşı bu işğalı həyata keçirən Qorbaçov başda olmaqla, Rusiyanın o dövrdəki qüvvələri, o cümlədən Corc Buş səviyyəsində həyata keçirilirdi. Uzun illər ərzində bunun üçün çalışan dəstə məğlub olmuş durumdadır. Region əleyhinə olan təzyiqlər, Ermənistanı manipulyasiya etmək cəhdləri olsa, əgər kommunikasiyalar açılırsa, diplomatik münasibətlər bərqərar olursa, sözgedən o dairələr yalnız təxribatlar, terror və s. vasitəsilə bölgəyə təsir edə bilərlər. Yeni dünya düzəni, yeni beynəlxalq münasibətlər sistemi və dünya təhlükəsizliyi üçün başlanan proseslər məhz İlham Əliyevin imzasının liderliyindən start götürmüş oldu", - deyə o, əlavə edib.

Paylaş

Xəbər lenti

"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR