11-08-2025, 22:48 989

Baku TV-nin reportajı: ABŞ, Azərbaycan və Ermənistan sammitinə Rusiya təbliğat maşınının reaksiyası

Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin sammitindən sonra Rusiya təbliğatı Azərbaycana və onun rəhbərliyinə qarşı təhqir və hədələrlə dolu açıqlamalar səsləndirib.

Bu barədə "Baku TV"nin hazırladığı reportajda deyilir.

Rusiyalı teleaparıcı Vladimir Solovyov Xəzər dənizi hövzəsində NATO bazasının yerləşdirilməsi ehtimalı ilə bağlı narahatlığını ifadə edib və yeni "xüsusi hərbi əməliyyat" keçirməyə çağırıb.

Bu cür bəyanatları Dövlət Dumasının bəzi deputatları, o cümlədən kəskin açıqlamaları ilə tanınan general Andrey Qurulyov dəstəkləyib. O, Azərbaycandan idxal olunan mallara qadağa tətbiq edilməsini və Rusiyadakı azərbaycanlı sahibkarlara "təzyiq göstərilməsini" təklif edib. Açıq şəkildə bildirib ki, xüsusi hərbi əməliyyat nisbi anlayışdır və onun coğrafiyası Rusiya ilə sərhədi olan bütün ölkələri əhatə edə bilər.

Hərbi müxbir Yuri Podolyaka isə bildirib ki, Bakının mövqeyindəki dəyişiklik və Ukraynaya silah tədarükünə embarqonun ləğvi fonunda Rusiya ilə Azərbaycan arasında müharibə nəzəri mülahizədən real ehtimala çevrilir.

Bu cür açıqlamalar göstərir ki, söhbət artıq tək bir təbliğatçının təxəyyülündən yox, Rusiyanın hakimiyyət və güc strukturlarına yaxın şəxslərin məqsədyönlü gərginlik yaratmasından gedir.

Emosional çıxışlara baxmayaraq, təbliğat nitqlərində bir məntiqli fikir də səslənib – Rusiya diplomatik səylərini artırmalıdır. Lakin qeyd olunub ki, bu, Moskvaya hörmət nümayiş etdirmək üçün deyil, son səkkiz ayda Azərbaycanla münasibətlərdə buraxılmış səhvləri düzəltmək üçün edilməlidir. Kremlin bunu başa düşəcəyi təqdirdə, ilk növbədə AZAL təyyarəsinin vurulmasına görə günahın etiraf edilməməsi böyük səhv kimi qiymətləndirilməlidir. Lazım olan ilkin addımlar – günahkarların cəzalandırılması və kompensasiya ödənilməsi olmalıdır. Əks halda eskalasiya baş verərsə, bu, xüsusilə Zəngəzur dəhlizinə artan beynəlxalq marağı nəzərə alaraq, Rusiya üçün ciddi sınağa çevrilə bilər.

Azərbaycan isə təhqir və hədələrə baxmayaraq, uğurla inkişaf etməkdə davam edir. Burada dövlət başçısı İlham Əliyevin rolunu qeyd etməmək olmaz – o, yalnız istedadlı siyasətçi və diplomat deyil, həm də uğurlu biznesmen kimi özünü təsdiqləyib.

Avqustun səkkizində Vaşinqtonda imzalanmış sazişlər region ölkələri üçün ciddi zəmanətlər və iqtisadi üstünlüklər təmin edib, ABŞ Prezidenti Donald Tramp və dünya maliyyə dairələrinin bir hissəsi ilə əməkdaşlıq üçün yeni imkanlar açıb. Moskva inadla təbliğat və təhdidlərini davam etdirərkən, karvan Zəngəzur dəhlizi ilə irəliləyərək güclü və inamlı regional liderə çevrilmiş Azərbaycana hörmət edənlərə qazanc gətirir.

Belə şəraitdə hədələrə və təhqirlərə əl atan Rusiya təbliğatçıları və bəzi siyasətçilər getdikcə daha təsirsiz görünür, halbuki Azərbaycan konstruktiv beynəlxalq münasibətlər quraraq irəliləməkdədir.

Paylaş

Xəbər lenti

"Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR