
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Levski"yə (Bolqarıstan) məğlub olan "Sabah" mübarizəni dayandırıb.
BAKU.WS xəbər verir ki, Masazırdakı Əlincə stadionunda baş tutan matç qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Rəqibin heyətində Radoslav Kirilov (40) və Mazier Soula (85) fərqləniblər.
Qeyd edək ki, səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlmişdi.
*** 21:44
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyununda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, Masazırdakı Əlincə stadionunda qonaqlar üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 2:0.
85-ci dəqiqədə Mazire Soula ev sahiblərini oyuna növbəti dəfə mərkəzdən başlamağa məcbur edib.
***20:00
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sabah" - "Levski" (Bolqarıstan) oyunu start götürüb.
BAKU.WS xəbər verir ki, qarşılaşma Masazırdakı Əlincə stadionunda keçirilir.
Görüşü ukraynalı baş hakim Mikola Balakin idarə edir. Səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.