
Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində partlayış olub.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə Mingəçevir - Bəhrəmtəpə magistral yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində fəaliyyət göstərən maye qaz doldurma məntəqəsində qeydə alınıb. Partlayış zamanı 3 nəfər ağır dərəcəli yanıq xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıb, onlardan biri reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.