
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə, AZCON-un maliyyə departamentinin direktoru Taylan Tekeli Şuranın üzvləri təyin ediliblər.
Qeyd edək ki, qurumun Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.