
Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağında humanitar vəziyyətin kəskin pisləşdiyini açıqlayıb və ilk dəfə olaraq "fəlakət səviyyəsində aclıq" vəziyyətinin mövcud olduğunu bəyan edib.
Bu barədə BMT-nin bir sıra agentlikləri və təşkilatları tərəfindən yayılan rəsmi açıqlamada bildirilir.
Məlumatda qeyd olunur ki, bölgədə ərzaq çatışmazlığı kritik həddə çatıb, minlərlə insan aclıq təhlükəsi ilə üz-üzədir. Humanitar təşkilatlar xəbərdarlıq edirlər ki, davam edən hərbi toqquşmalar, blokada və yardımın məhdud çatdırılması nəticəsində vəziyyət daha da ağırlaşıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.