23-08-2025, 19:48 630

Türkdilli Dövlətlərin Yeni Strateji Platforması: Avaza Zirvə görüşü

"2025-ci il avqustun 22-də Türkmənistanın Avaza şəhərində Prezident İlham Əliyevin iştirakı ilə keçirilmiş yüksəksəviyyəli görüş türkdilli dövlətlər arasında münasibətlərin inkişafında yeni səhifə açdı".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə deyib.

O bildirib ki, Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən Zirvə görüşü təkcə dostluq və qardaşlıq münasibətlərinin təsdiqi deyil, həm də strateji əməkdaşlığın gələcək konturlarının müəyyən edilməsi baxımından tarixi əhəmiyyətə malikdir:

"Prezident İlham Əliyev çıxışında Türkmənistanın inkişaf yolunu yüksək qiymətləndirərək bildirdi ki, ölkə etibarlı əllərdədir və Avaza şəhərində aparılan genişmiqyaslı quruculuq işləri bunun əyani nümunəsidir. O, Türkmənistanın Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun müdrik rəhbərliyi sayəsində həm paytaxtda, həm də bölgələrdə yeni şəhərlərin salındığını, mövcud yaşayış məntəqələrinin isə sürətlə abadlaşdırıldığını xüsusi vurğuladı".

"Görüşün simvolik qərarlarından biri də Arxadağ şəhəri ilə Füzuli şəhərinin qardaşlaşma sənədinin imzalanması oldu. Bu hadisə iki dövlətin qardaş xalqları arasındakı tarixi birliyin daha da gücləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan və Türkmənistan xalqları əsrlər boyu bir ailə kimi yaşamış, indi isə müstəqil dövlətlər kimi eyni ənənələri davam etdirərək gələcəyə doğru inamla addımlayırlar. Prezident İlham Əliyevin çıxışında xüsusilə diqqətçəkən məqamlardan biri də Türkmənistan tərəfindən Füzuli şəhərində məscid tikintisi təşəbbüsü idi. Bu təşəbbüs qardaşlıq münasibətlərinin yalnız sözlə deyil, əməldə də təsdiqi kimi qiymətləndirildi. Prezident İlham Əliyev qeyd etdi ki, artıq məscidin memarlıq layihəsi hazırdır və yaxın vaxtlarda təməlinin qoyulması nəzərdə tutulur. Bu addım, şübhəsiz ki, Qarabağın dirçəlişinə böyük mənəvi töhfə olacaq", - deyə deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, görüşdə Azərbaycan-Özbəkistan münasibətlərinə də xüsusi yer ayrıldı:

"Prezident İlham Əliyev Özbəkistanın Qarabağda həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğulayaraq bildirdi ki, Xankəndidə fəaliyyətə başlayan tikiş fabriki iki yüzdən çox insana iş yeri yaradıb. Müəssisənin genişləndirilməsi ilə bu sayın bir neçə dəfə artacağı gözlənilir. Bundan başqa, Füzulidə dahi özbək mütəfəkkiri Mirzə Uluqbəyin adını daşıyan məktəb açılıb və bu, bölgənin sosial həyatına yeni nəfəs gətirib. Zirvə görüşündə yalnız ikitərəfli deyil, həm də çoxtərəfli əməkdaşlıq istiqamətləri müəyyənləşdirildi. Prezident İlham Əliyevin göstərişlərinə əsasən, dövlət qurumları nəqliyyat, tranzit, logistika, enerji, elektroenergetika və mədəni əlaqələr üzrə üçtərəfli formatda konkret layihələr üzərində işləyəcək. Bu, gələcəkdə regionun dayanıqlı inkişafına xidmət edən yeni bir inteqrasiya modelinin yaranmasına zəmin yaradacaq. Prezident İlham Əliyev çıxışının sonunda Avaza Zirvə görüşünü tarixi hadisə kimi dəyərləndirdi. Onun sözlərinə görə, bu görüş yalnız bugünkü əməkdaşlığın deyil, həm də gələcək nəsillər üçün tərəfdaşlığın möhkəm bünövrəsinin qoyulmasıdır. Beləliklə, Avaza sammiti türkdilli dövlətlərin birliyi, əməkdaşlıq ruhu və qarşılıqlı dəstəyinin bariz nümunəsinə çevrildi".

Paylaş

Xəbər lenti

Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Bu gün, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Bu gün, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Bu gün, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Bu gün, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Bu gün, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Bu gün, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Bu gün, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Bu gün, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Bu gün, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Bu gün, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Bu gün, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Bu gün, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Bu gün, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Bu gün, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Bu gün, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Bu gün, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Bu gün, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR