24-08-2025, 21:48 331

Qərəzli iddialara ABŞ nəşrində cavab: Ermənistan-Azərbaycan sülh prosesi faktlarla müdafiə olundu

ABŞ-ın "National Interest" jurnalında erməni diasporunun radikal nümayəndəsi kimi tanınan Stefan Peşdimalci tərəfindən bir müddət əvvəl Azərbaycana qarşı əsassız fikirlər və iftira ilə dolu məqalə dərc edilmiş və Ermənistan-Azərbaycan sülh prosesi tənqid olunmuşdu. Buna cavab olaraq, "National Interest" keçmiş diplomat Anar Cahangirlinin "Ermənistan-Azərbaycan sülh prosesini tənqid deyil, dəstəkləmək lazımdır" adlı məqaləsini dərc edib.

AVESTA.AZ AZƏRTAC-a istinadən məqaləni təqdim edir:

"2025-ci il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə Donald Tramp ilə əl sıxdıqda, bu, sadəcə, növbəti foto fürsəti deyildi. Son onilliklər ərzində ilk dəfə Azərbaycan və Ermənistan liderləri bir nəsli yaralayan münaqişəyə son qoymaq üçün yol xəritəsi təqdim etdilər.

Liderlər "Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Müqavilənin" mətninin paraflanmasına şahidlik edərək, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə yeddi maddədən ibarət bəyannamə imzaladılar. Sülh müqaviləsi hələ tam olaraq imzalanmasa da, əldə olan sənəd bir-birinin suverenliyinə hörmət etməyi və sərhədlərin zorla dəyişdirilməsindən çəkinməyi vəd edir.

Sənəd, həmçinin ABŞ-ın dəstəyi ilə Ermənistan ərazisindən keçən və Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək tranzit yolunu nəzərdə tutur. Həmin marşrut boyunca yaşayan icmalar üçün bu, sadəcə, diplomatik razılaşma deyil. Bu, yolların yenidən açılması, bazarların dirçəlməsi və məftillərlə, səngərlərlə ayrılmamış kəndlərin və şəhərlərin birləşməsi vədidir.

Hər kəs bunu belə görmür. Stefan Peşdimalci son məqaləsində bu razılaşmanı "boş simvolizm" adlandırır və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün atdığı addımlara görə "hesab verməsini" tələb edir. Anlamaq lazımdır ki, məsuliyyət birtərəfli deyil. Müəllifin bu mövqeyi, onilliklərlə Ermənistan silahlı qüvvələrinin beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərini işğal altında saxlamasını, yüz minlərlə insanı məcburi köçkün vəziyyətinə salmasını görməzdən gəlir. Eləcə də, Ermənistan ordusunun Qarabağda yüzlərlə Azərbaycan şəhər və kəndlərini tamamilə dağıtmasını, Azərbaycanın həmin əraziləri viranə vəziyyətdə geri almasını, indi isə onları bərpa edib dirçəltməyə çalışmasını nəzərə almır.

Müəllifin yazısı, həmçinin 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi, Ermənistan qoşunlarının işğal etdiyi rayonlardan çıxmasını tələb edən qətnamələrin olduğunu xatırlatmır. Ermənistan hakimiyyəti bu çağırışlara məhəl qoymadı, həmin əraziləri öz əraziləri kimi idarə etdi – oraya əsgərlər göndərdi, hərbi komandirlər təyin etdi və irəli çəkdi, kommersiya lisenziyaları verdi və kvazi-hökumət qurumlarının əməkhaqlarını ödəyirdi. Avropa İnsan Hüquqları Məhkəməsi də "Çıraqov Ermənistana qarşı" işində bunu "effektiv nəzarət" kimi tanıdı. Təxminən otuz il ərzində danışıqlar dayanmışdı və təmas xətti möhkəmlənmişdi.

Yalnız 2020-ci ildə müharibədən sonra, Azərbaycan işğal altındakı rayonlarını geri aldıqdan sonra ciddi sülh danışıqları başladı. Bakı Qarabağ bölgəsində yaşayan etnik ermənilərə vətəndaşlıq, yerli özünüidarəetmə, mülkiyyət və mədəni hüquqların qorunmasını təklif etdi, lakin təkliflər rədd edildi. 2023-cü ilin sentyabrında Azərbaycan qısamüddətli əməliyyatla separatçıların nəzarətində qalmış digər ərazilərə də nəzarəti bərpa etdi. Separatçı rəhbərlik silahı yerə qoydu və ermənilərin hüquq və təhlükəsizliyinin Azərbaycan Konstitusiyası çərçivəsində həll ediləcəyini qəbul etdi. Nəticədə, Qarabağdakı erməni əhalisi sonrakı həftələrdə bölgəni tərk etdi. Peşdimalci bu gedişi "etnik təmizləmə" kimi təqdim edir.

Aydındır ki, "qorxu və çətinlik" bir çox ailələrin çıxmasına təsir edən amillərdən idi. Ancaq bunu sübutsuz şəkildə "etnik təmizləmə" adlandırmaq mürəkkəb seçimləri sadə şüara endirir və niyyətin olmadığı yerdə onun mövcudluğunu iddia edir. Əksinə, Azərbaycan hakimiyyəti dəfələrlə erməni əhalisinin reinteqrasiyasına çağırdı, onlara vətəndaşlıq və digər hüquqlar qazanmaq üçün yollar təklif etmişdi.

Peşdimalci iddia edir ki, guya Azərbaycan həbsxanalarında erməni "siyasi məhbusları" və "hərbi əsirləri" saxlanılır. Əslində, Azərbaycanda heç bir hərbi əsir yoxdur, çünki onların hamısı 2020-ci il 9 noyabr razılaşmasından dərhal sonra Ermənistana təhvil verilmişdi. Döyüşlər dayandıqdan xeyli sonra bir neçə erməni hərbçi əsir götürülmüşdü və onlar da sonrakı razılaşmalar çərçivəsində azad olunublar.

Hazırda Azərbaycan yalnız Qarabağda qanunsuz yaradılmış separatçı qurumun bir sıra siyasi və hərbi liderlərini həbsdə saxlayır və onlara qarşı ciddi ittihamlar irəli sürülüb, məhkəmə prosesi aparılır. Məhkəmə açıqdır və saxlanılanlara Azərbaycan qanunvericiliyinə uyğun bütün hüquqlar verilib.

Mədəni irsin məhv edilməsi ittihamları da izaha ehtiyac duyur. Bəzi erməni kilsə xadimləri yüzlərlə kilsə və abidənin risk altında olduğunu bildirirlər. Azərbaycan isə cavabında qeyd edir ki, həmin obyektlərin bir çoxu qədim Qafqaz Albaniya irsinə aiddir və onların qorunacağına zəmanət verir. Ermənistan tərəfinin iddia etdiyi bəzi kilsələr isə işğal dövründə yeni tikilib, tarixi və mədəni əhəmiyyətə malik deyil.

Sülh sazişinin yekun imzalanması üçün hələ də görüləsi işlər var:

1) ATƏT-in Minsk qrupu buraxılmalıdır;

2) Azərbaycanın əsas hissəsini Naxçıvana birləşdirən yol açılmalıdır;

3) Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi təfsir oluna biləcək müddəaları dəyişməlidir.

Lakin bütün bunları sadalayan Azərbaycan Prezidenti Vaşinqtondakı sammitdən sonra verdiyi müsahibədə "artıq bölgəmizə davamlı sülh gəlib" dedi.

Cənubi Qafqazda sülh yalnız bir tərəfin iztirabını unudaraq əldə olunmayacaq. Sülhün təməli regionun özündədir – azərbaycanlılar və ermənilər ortaq gələcəklərini yenidən təsəvvür edə bilərlər. Hökumətlər qalan blokadaları aradan qaldıra, yolları aça, mədəni irsi qoruya və başladılmış müqaviləni tamamlaya bilərlər.

Eyni zamanda, bölgəyə yaxın ölkələr Qafqaz xalqlarına geosiyasi oyunun fiqurları kimi deyil, qorxusuz yaşamağa layiq qonşular kimi baxmalıdırlar. Köhnə klişeləri təkrar edib, "lazımsız" bildikləri faktları görməzdən gələnlər nə ermənilərə, nə də azərbaycanlılara fayda verirlər. Nəticə etibarilə, etimad kənardan səslənən ittihamlarla deyil, keçmişdəki səhvlərinin tanınması və ortaq gələcəyə aparan konkret addımların dəstəklənməsi ilə qurulur".

Qeyd edək ki, Anar Cahangirli Qarabağ Universitetində strateji inkişaf üzrə müşavir olaraq çalışır, həm də ADA Universitetinin Dövlət Siyasəti üzrə müəllimidir. O, 2001-2011-ci illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik xidmətdə olub. 2011-ci ildə ABŞ-ın Harvard Universitetinin Con Kennedi adına İdarəçilik fakültəsinin magistr diplomunu aldıqdan sonra özəl sektorda və beynəlxalq təşkilatlarda çalışıb, ictimaiyyətlə əlaqələr, təhsilin idarə edilməsi və strateji tərəfdaşlıqlar üzrə mütəxəssisdir.

Paylaş

Xəbər lenti

Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? Bu gün, 10:48 Xaçmazda QƏZA - Sürücü maşından xilas edildi Bu gün, 10:48 Azərbaycanın iki təmsilçisi Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb Bu gün, 10:48 Ağsuda ər və arvad qəzaya düşdülər: Ölən var Bu gün, 10:48 Səlim Müslümova ağır İTKİ Bu gün, 10:48 Tanınmış polkovnik qəfil vəfat etdi Bu gün, 09:48 Qardaşı ilə balıq tutmağa getdi, 1 milyon dollar qazandı Bu gün, 09:48 İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 101 dollara düşüb Bu gün, 09:48 İspaniyadan 2030-cu il mundialı ilə bağlı SƏRT AÇIQLAMA Bu gün, 09:48 Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 6 medal qazanıblar Bu gün, 00:48 Köhnə mənzillərdə əvvəlki sakinlərdən qalan izlər nəyi danışır? Bu gün, 00:48 Tikinti aparmaq istəyən şəxslərə pis xəbər Dünən, 23:48 İrakli Kobaxidze: "Beşiktaş" - "Hapoel" matçında ciddi təxribatlar oldu Dünən, 23:48 Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Sənada husilərin obyektlərinə zərbələr endirib Dünən, 23:48 Azərbaycanla Gürcüstan arasında birgə layihələr müzakirə olunub Dünən, 23:48 FTX yüksəkrütbəli hərbçiyə qarşı sui-qəsdin qarşısını alıb - DETALLAR Dünən, 23:48 Sumqayıtda nə baş verib? - Hadisə yerindən görüntülər Dünən, 22:48 Ceyhun Bayramov: Bakıda Estoniya səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərdə yeni mərhələdir Dünən, 22:48 Qusev Azərbaycanla tərəfdaşlıq kontekstində Ukrayna-Estoniya əməkdaşlığını yüksək qiymətləndirib Dünən, 22:48 Yuri Vernidub: "Futbolçularımız üzərlərində işləsələr, daha yaxşı nəticələr qazanacağıq" Dünən, 22:48 Xəzərin suyunu içməli suya çevirəcək zavod bu şəhərdə tikiləcək - DETALLAR Dünən, 22:48 Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır Dünən, 22:48 Vasif Rəsulov rəhbər vəzifəyə təyin edildi Dünən, 21:48 Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü Azərbaycan vətəndaşı olmaqla 9 nəfər barəsində 3 ay həbs qərarı çıxarılıb Dünən, 21:48 Ramiz Mehdiyev var-dövləti haqqında danışdı Dünən, 21:48 Zəngli saat çalmadan oyanmağın sirri açıldı - Həkimdən vacib tövsiyə Dünən, 21:48 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib Dünən, 21:48 Astarada iki avtomobil toqquşub, xəsarət alan var Dünən, 20:48 Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb Dünən, 20:48 Xəzərin geri çəkilməsi ilə üzə çıxan torpaqlar kimə veriləcək? - RƏSMİ Dünən, 20:48 Özbəkistan nümayəndə heyəti SOCAR-ın müəssisələrini ziyarət edib Dünən, 20:48 Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib Dünən, 19:48 Hesablama Palatası: Ali təhsillə bağlı Dövlət Proqramının icrasında səmərəsiz xərclərə yol verilib Dünən, 19:48 Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR