
Astarada iki avtomobilin toqquşması nəticəsində bir uşaq ağır xəsarət alıb.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində baş verib.
Belə ki, iki "VAZ-2107" markalı avtomobilin toqquşması nəticəsində Astara rayonunun Kijəbə qəsəbə sakini, 2019-cu il təvəllüdlü N. Əlizadə (qadın cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Azyaşlı təcili tibbi yardım vasitəsilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması və burun nahiyəsinin sınığı diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.