
Kəlbəcərdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alanlar var.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü E.Ələkbərov, 1983-cü il təvəllüdlü N.Şükürov, 1991-ci il təvəllüdlü M.Sadıqzadə və 1977-ci il təvəllüdlü K.Əzimov yanıq xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, xəsarət alanlar Kəlbəcərdə binalardan birində qaz xəttinin çəkilişində çalışan fəhlələrdir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.