
Şəmkir rayon Çaparlı kəndində qazsıması nəticəsində partlayış olub, xəsarət alanlar var.
"AVESTA.AZ"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Azadə Mərdanova, 1985 təvəllüdlü Bəsdi Mərdanova və 1 yaşlı uşaq xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.