
Bakıda dünən ölümcül yol qəzası baş verib. Hadisə Neftçilər prospektində qeydə alınıb.
AVESTA.AZ-in məlumatına görə, Əlvan İsmayılovun idarə etdiyi "Honggi" markalı, 90-YJ-634 nömrəli avtomobillə hərəkətdə olarkən motosiklet sürən Yəhya Zeynalzadə ilə toqquşub.
Zərbənin gücündən motosiklet sürücüsü ağır xəsarətlər alıb və hadisə yerində həyatını itirib.
Görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.