10-11-2022, 07:33 488

Bruklin prezidenti Azərbaycanın Zəfər Günü ilə əlaqədar Bəyannamə imzalayıb

Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının və Nyu-York Mədəniyyət Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür, Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ, Böyük Britaniya və İsrail şöbəsinin rəhbəri Səlhət Abbasova, diplomatlar, Bruklin inzibati rayonunun prezidenti Antonio Reynoso və ABŞ-ın müxtəlif ştat və şəhərlərində fəaliyyət göstərən diaspor fəalları, türk, yəhudi icmalarının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə hər iki ölkənin dövlət himinləri səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev çıxışında Zəfər Günü münasibətilə bütün azərbaycanlıları təbrik edib. Səfir Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mübarizəsində birlik, həmrəylik nümayiş etdirən diaspor aktivlərinə minnətdarlığını bildirib.

Y. Əliyev deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib. Onun sözlərinə görə, dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olub. Səfir Qarabağın dirçəlişindən, Şuşada, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərdən danışıb.

“Azərbaycan tarixin bütün dövürlərində sülhün tərəfdarı olub və bu gündə Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün səylər göstərir”.

Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti Antonio Reynoso çıxışında bütün azərbaycanlıları tarixi Zəfər Günü münasibətilə təbrik edib, Nyu-Yorkda yaşayan azərbaycanlıların şəhərin sosial-iqtisadi və mədəni həyatında aktiv rol oynadıqlarını deyib. A.Reynoso Azərbaycanın Zəfər Günü ilə əlaqədar imzaladığı Bəyannaməni Amerika-Azərbaycan Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabovaya və Nyu-York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlilə təqdim edib.

Çıxışlarda Azərbaycanın zəfər tarixindən bəhs edilib, tarixin bütün dövürlərində ağır sınaqlardan keçən Azərbaycan xalqının qanı-canı bahasına milli kimliyini, varlığını qoruyub saxladığı,vətənin hüdudlarından kənarda belə birlik nümayiş etdirdiyi deyilib.

Tədbir konsert proqramı ilə davam edib. Musiqiçilər Rizvan Əliyev və Röya Əliyeva tərəfindən milli mahnılar ifa olunub, rəqqasların ifasında rəqslərimiz nümayiş olunub. Tədbir çərçivəsində Nyu-Yorkda fəaliyyət göstərən "My way" (Mənim yolum) uşaq və gənclərin inkişaf mərkəzinin tələbələrinin ərsəyə gətirdiyi rəsm sərgisi nümayiş olunub.

Paylaş

Xəbər lenti

Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR