
Azərbaycan milli komandasının heyətində dəyişikliklər baş verib.
BAKU.WS AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçilər Xəyal Əliyev və Şahin Şahniyarov U-21 komandamızın heyətinə qoşulublar.
Onların əvəzinə Rüstəm Əhmədzadə ("Sumqayıt") və Abdulla Xaybulayev ("Sabah") A milliyə cəlb olunublar.
Qeyd edək ki, sentyabrın 9-da A milli DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə, U-21 isə Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə qarşılaşacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.