
Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub.
BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.
Qəsəbə ərazisində iki avtomobil toqquşub. Onlardan biri yoldan çıxaraq səki ilə gedən 1958-ci il təvəllüdlü Ələddin İbiş oğlu İbrahimovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ə.İbrahimov əslən Laçın rayonunun Quşçu kəndindəndir. O, şairə Fəridə Köçərilinin həyat yoldaşıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.