
İranın elm nazirinin Azərbaycandakı dünyəvi təhsil qaydalarını hədəf alaraq azərbaycanlı qızları öz ölkəsinə dəvət etməsi Təbrizdə yaşayan azərbaycanlılar tərəfindən cavabsız qoyulmayıb.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın təxribatçı videomüraciətinə Təbrizdə yaşayan azərbaycanlı qız olduqca tutarlı arqumentlərlə cavab verib.
Təhsil bəhanəsi ilə regional gərginlik yaratmaq, Azərbaycandakı dünyəvi məktəb forması qaydalarını dini müstəviyə çəkərək manipulyasiya etmək cəhdinə cavab olaraq azərbaycanlı xanım bildirib:
"Azərbaycan qızları burada hansı dildə təhsil alacaqlar? 100 ildir ki, İranın Azərbaycanında biz ana dilimizdə təhsil almaqdan məhrumuq. İndi siz o taydakı Azərbaycan qızlarını burada təhsil almağa dəvət edirsiniz, mənə deyin görək, həmin qızlar burada hansı dildə təhsil alacaqlar? İndi onlara necə bir türk dilində məktəb və mədrəsə hazırlayacaqsınız?"
Azərbaycanlı xanım həmçinin lakonik sualla çıxış edib. O bildirib ki, əgər belə məktəblərin formalaşdırılması mümkündürsə, o zaman niyə bu illər ərzində İranda yaşayan azərbaycanlılar üçün belə bir addım atılmayıb?
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.