
Son günlər ictimaiyyətdə Bakı metrosunda gedişhaqqının artırılacağı ilə bağlı müzakirələr gündəmə gəlib.
AVESTA.AZ xəbər verir ki, sosial şəbəkələrdə və ictimai rəydə qiymətlərin dəyişəcəyi ilə bağlı fərqli fikirlər səslənir.
Bəzi ekspertlər artım ehtimalını qaçılmaz sayır, digərləri isə mövcud tariflərin saxlanılmasının vacibliyini vurğulayır.
Məsələ ilə bağlı AVESTA.AZ-in sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, qurumun metro nəqliyyat növündə gediş haqqı tariflərini tənzimləmək səlahiyyəti yoxdur: "Həmçinin "Bakı Metropoliteni" QSC-də tariflərə yenidən baxılması barədə hər hansı məlumat mövcud deyil".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.