
“Bakı Metropoliteni” QSC gediş haqqına yenidən baxılması barədə aidiyyəti qurumlara, o cümlədən Tarif (Qiymət) Şurasına müraciət ünvanlamayıb.
Avesta xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq metroda gediş haqlarının artırılması ehtimalı ilə bağlı səhmdar cəmiyyətindən bildirilib.
"Metropoliten gediş haqqını tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətinə daxildir. Səhmdar cəmiyyəti yalnız aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir", - deyə açıqlamada qeyd olunub. (Report)
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.