
Masallı rayonunun Xıl-Sirəbil-Allahyarlı-Molalan-Çayqıraq avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb.
AVESTA.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla 8 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Xıl-Sirəbil-Allahyarlı-Molalan-Çayqıraq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.