
Bakıda 70 yaşlı kişi itkin düşüb.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib.
1959-cu il təvəllüdlü Fatma Səttar qızı İmanova ərizə ilə Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə müraciət edərək, qardaşı, Rusiya Federasiyası vətəndaşı olan 1955-ci il təvəllüdlü Həsən Səttar oğlu İmanovun avqustun 23-də yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 14A, mənzil 19 ünvanından gedərək geri qayıtmadığını bildirib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsində araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.