
“Mançester Yunayted” mənə xəyanət etdi”.
“AVESTA.AZ” xəbər verir ki, bunu İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldu “The Sun” qəzetinə müsahibəsində deyib.
Ronaldu baş məşqçi Erik ten Haqın komandaya rəhbərlik etməsindən sonra oynamaq şansı olmadığını vurğulayıb. O, Erik ten Haqa da hörmət etmədiyini deyib.
"Mən ona hörmət etmirəm, çünki o, mənə hörmət etmirdi. Əgər mənə hörmət etməsən, mən də sənə hörmət etmərəm", - 37 yaşlı futbolçu niderlandlı baş məşqçi barəsində deyib.
"Məni davamlı olaraq komandadan getməyə məcbur edirdilər. Vəziyyətin pis olmasında məni günahlandırdılar. Bunu təkcə texniki direktor yox, klub ətrafındakı bəzi insanlar etdi. Özümü xəyanət edilmiş hiss etdim", - "Mançester Yunayted"də çox zərbə aldığını bildirən Ronaldu əlavə edib.
Ronaldu "Mançester Yunayted"in keçmiş ulduzu Ueyn Runini də hədəfə alıb: "Məni niyə tez-tez tənqid etdiyini bilmirəm. Güman edirəm ki, bu, mən hələ də ən yüksək səviyyədə futbol oynadığım halda sənin futboldan təqaüdə çıxmağına görədir”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.