Ceyranbatanda 10 şagirdin zəhərlənməsi ilə bağlı araşdırma aparılır. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Qeyd olunub ki, Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə baş verən hadisə agentliyin nəzarətinə götürülüb və hazırda araşdırılır.
TƏBİB-dən isə bildirilib ki, oktyabrın 29-da saat 15:50 radələrində Ceyranbatan qəsəbəsindəki 2 nömrəli tam orta məktəbdən təcili tibbi yardıma çağırış daxil olub. Hadisə yerinə göndərilən briqada 8 nəfərə yerində tibbi yardım göstərib.
***17:17
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur.
Hazırda məktəb ərazisinə təcili yardım briqadası cəlb edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.