
Abşeron rayonun Masazır qəsəbəsində şəxsin elektrik cərəyanı vurması nəticəsində şəxsin ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə BAKU.WS-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, sentyabrın 14-də Masazır qəsəbəsində fərdi yaşayış evinin həyətində iş görən zaman elektrik cərəyanı vurması nəticəsində 1968-ci il təvəllüdlü Davud Cavadovun vəfat etməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.