
Gədəbəy rayon Zamanlı kəndində 58 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
“AVESTA.AZ”un Qərb bürosunun məlumatına görə, 1965-ci il təvəllüdlü Fazil İsgəndər oğlu Aslanov şəxsi evində iş görən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.
Elektrik cərəyanı vurması nəticəsində o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.