16-09-2025, 15:48 336

Yeni iPhone Air: Apple-ın ən incə modeli və yalnız eSIM ilə gələn yeni dövr

Yeni iPhone Air sanki fizikanın qanunlarına meydan oxuyur – bu model həm dizayn, həm də texnoloji baxımdan brend tarixində ən cəsarətli addımlardan biridir.

Rekord dərəcədə incə və yüngül

Apple tarixinin ən nazik və yüngül iPhonu statusunda olan Grade 5 titan korpusu ilə 5.6 mm qalınlıqda və cəmi 165 qram çəkidə olan bu cihaz həm möhkəm, həm də zərifdir.

Kamera və performans

48 MP Fusion kamera ilə 2 kamera funksiyası birində birləşərək daha parlaq, detallı və yüksək keyfiyyətli fotoşəkillər yaradır, 18 MP ön kamera isə Center Stage dəstəyi ilə qrup selfielərində heç kimi kənarda qoymur.

Cihazın ürəyi - A19 Pro prosessoru. Bu çip, iOS 26 və Apple Intelligence ilə birlikdə, süni intellekt funksiyalarını və yüksək performansı bir araya gətirərək iPhone Air-ı yeni nəsil ağıllı telefonlara çevirir.

Tam rəqəmsal – SIM yerinə yalnız eSIM!

Bu modelin ən çox danışılan xüsusiyyəti isə yalnız eSIM ilə işləməsidir. Fiziki SIM yuvası yoxdur, bütün proses tam rəqəmsal həyata keçirilir. Bu, istifadəçiyə daha rahat və fasiləsiz rabitə təklif edir.

iPhone Air ilə 8 və ya daha çox eSIM profilini yaddaşda saxlaya bilir. Eyni anda 2 aktiv nömrə istifadə etmək mümkündür - məsələn, biri şəxsi, digəri iş üçün. 190-dan çox ölkədə dəstək sayəsində səyahət zamanı yerli tarif qoşmaq saniyələr çəkir.

eSIM texnologiyası ilə üstün təhlükəsizlik!

Fiziki kart olmadığı üçün onu çıxarmaq və ya itirmək mümkün deyil. Cihaz itirilsə belə, nömrə şifrələnmiş şəkildə qorunur. Nömrə və profil istənilən vaxt uzaqdan deaktiv edilə bilər.

Azərbaycanda keçid prosesi

Yeni iPhone Air satışa çıxanda artıq hazır olmaq üçün mövcud fiziki SIM-i eSIM-ə keçirmək çox asandır.

Azercell

Azercell-in vebsaytında "Sim-dən eSIM-ə keçid" bölməsinə daxil olun, məlumatları doldurun və onlayn keçidi tamamlayın.

İstəsəniz, Azercell mağazasına yaxınlaşaraq şəxsiyyət vəsiqənizi təqdim edin - əməkdaş eSIM-i bir neçə dəqiqəyə aktivləşdirir.

Nar

Nar tətbiqində "eSIM sifariş et" seçimini edin və nömrənizi eSIM-ə keçirin.

Mağazada da prosesi yerində başa çatdırmaq mümkündür.

Bakcell

Bakcell tətbiqində "Nömrəmi eSIM ilə dəyişdir" funksiyasını seçin və təlimatları izləyin.

Həmçinin Bakcell mağazasında da eSIM dərhal aktivləşdirilir.

Hazırlıq üçün qısa məsləhətlər

Operatorunuzun eSIM xidmətini indi yoxlayın

Şəxsiyyət vəsiqənizi hazır saxlayın

İlk dəfə iPhone Air-ı əlinizə götürdüyünüz an həm dizayn, həm də texnologiyanın fərqini hiss edəcəksiniz. eSIM sayəsində isə bu təcrübə dərhal başlayır.

Paylaş

Xəbər lenti

Gömrük sistemində korrupsiya risklərinə qarşı yeni kadr siyasəti Bu gün, 14:48 Sabah metronun bu stansiyaları gecə saat 01:00-dək açıq olacaq Bu gün, 14:48 Siyavuş Novruzov: "Məmura rüşvət təklif etməsən, haradan alacaq?" Bu gün, 14:48 SOCAR Çin şirkəti ilə enerji səmərəliliyinin artırılmasını müzakirə edib Bu gün, 14:48 Qərbi Azərbaycanın silinən izləri: İnqala kəndinin tarixi Bu gün, 14:48 "Azercell Biznes" müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir Bu gün, 14:48 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır Bu gün, 14:48 Bakıda 10 yaşlı qızın faciəli ölümü – Top arxasıycan qaçdı, maşın vurdu Bu gün, 13:48 Deputatdan sosial şəbəkələrlə bağlı çağırış: "Ciddi addımlar atılmalıdır" Bu gün, 13:48 Aeroport yolunda QƏZA: "BakuBus" avtobusu minik avtomobili ilə toqquşdu Bu gün, 13:48 "TikTok"da valideyn nəzarəti gücləndirilir – Yeni funksiyalar açıqlandı Bu gün, 13:48 Ən çox dedi-qodu edən 5 bürc – Sirrinizi onlara açmayın Bu gün, 13:48 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında Bu gün, 13:48 Türkiyənin məşhur serialı beynəlxalq "Emmy" mükafatını qazandı Bu gün, 13:48 Sumqayıtda 18 milyon manatlıq yeni şüşə istehsalı layihəsi həyata keçiriləcək Bu gün, 13:48 NETTY 2026 nominantların seçiminə başlayır Bu gün, 12:48 Azərbaycan xaricə 766 min dollarlıq vaksin satıb Bu gün, 12:48 İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib Bu gün, 12:48 Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq edən şirkət direktorun məhkəməsi başlayır Bu gün, 12:48 Bakının mərkəzində ağac aşdı, piyadaların yolu bağlandı Bu gün, 12:48 Bakı–Şamaxı yolunda asfalt niyə dalğalanır? – VİDEO Bu gün, 12:48 Azərbaycana turist axını 4 %-dən çox azalıb Bu gün, 12:48 "PAŞA Bank" "Regional Expo Gəncə 2026" sərgisində iştirak edib Bu gün, 12:48 Sabah hava dəyişir – Güclü külək, yağış və qar gözlənilir Bu gün, 12:48 Qubada III sinif şagirdi qan xəstəliyindən vəfat edib Bu gün, 12:48 Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ Bu gün, 12:48 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşıldı Bu gün, 12:48 Bakıda ilk rəsmi Ducati diler mərkəzi açıldı Bu gün, 11:48 Ramin Məmmədov: Azərbaycanda qadın hüquqlarının təminatı dövlət siyasətinin prioritetlərindəndir Bu gün, 11:48 Azərbaycanda həkim-infeksionist vəfat edib Bu gün, 11:48 Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər Bu gün, 11:48 Bahar Muradova: Zorakılığa məruz qalan qadınlara dövlət hesabına hüquqi yardım göstərilir Bu gün, 11:48 Ramin Məmmədov Azərbaycan qadınlarının dini-mənəvi irsimizin qorunmasındakı rolundan danışıb Bu gün, 11:48 Tanınmış türkiyəli müğənni yol qəzasında həlak oldu Bu gün, 11:48 İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanladı Bu gün, 11:48 Prezident İlham Əliyev: Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək Bu gün, 11:48 Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi Bu gün, 11:48 Sabunçuda 20 yaşlı sürücü qəza törədib, ölən var Bu gün, 10:48 Banklarda pul saxlayanların sayı 2 dəfədən çox artıb - AMB-dən son STATİSTİKA Bu gün, 10:48 Təzəpir məscidini Azərbaycan qadını inşa etdirib - Sədr müavini Bu gün, 10:48 BDU-nun 9 fakültəsində dekan vəzifəsinə müsabiqə elan edildi Bu gün, 10:48 Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs və ailə üzvləri faciə qurbanı olublar - BDYPİ-dən ÇAĞIRIŞ Bu gün, 10:48 Goranboyda torpaq sürüşməsi magistral su xəttinə ziyan vurub Bu gün, 10:48 28 nəfərin öldüyü gəmi 14 manatlıq yapışqanla təmir edilib Bu gün, 10:48 ADB Azərbaycanda Xəzərin suyunun duzsuzlaşdırılması üzrə ilk zavodun tikintisinə 140 milyon dollar ayırıb Bu gün, 09:48 Neft bazarında ucuzlaşma: "Brent" 89 dollardan aşağı düşdü Bu gün, 09:48 Hacıqabuldakı ölüm hadisəsi ilə bağlı ADSEA-dan AÇIQLAMA Bu gün, 09:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR