16-09-2025, 23:48 571

Roblox oyunu uşaqlar üçün niyə təhlükəlidir?

Roblox – istifadəçilərin öz oyunlarını, dünyalarını və layihələrini yaratdığı, digərlərinin isə onlara qoşula bildiyi platformadır.

AVESTA.AZ xəbər verir ki, oyun sosial funksiyalarla zəngindir: çat, dostluq, birgə oyun, daxili alış-veriş. Bu imkanlarla yanaşı, risklər də mövcuddur.

Hansı risklər var?

Naməlum şəxslərlə təmas və pedofiliya

Ən ciddi risklərdən biri – uşağın tanımadığı şəxslərlə ünsiyyətidir. Bəzi insanlar uşaqların etibarını qazanaraq onları manipulyasiya etməyə və uyğun olmayan davranışlara sövq etməyə çalışa bilərlər. Bunu adətən çat, şəxsi mesajlar və ya dostluq münasibəti quran obrazlar vasitəsilə edirlər.

Platforma 13 yaşdan kiçiklər üçün şəxsi mesajlaşmanı valideyn icazəsi olmadan məhdudlaşdırır, amma bu sistem həmişə effektiv işləmir – çünki yaşın yoxlanılması çətindir, bəzi istifadəçilər filtrləri aşa bilir.

Uyğunsuz və zərərli kontent

Roblox-un istifadəçilərə oyun yaratmaq imkanı verməsi həm də risk yaradır: bəzən uşaqlar üçün uyğun olmayan kontentlə qarşılaşmaq mümkündür.

Qorxu elementləri, kobud ifadələr, şokedici səhnələr.

Filtləri keçmək üçün yüklənən nalayiq sözlər olan audio və videolar.

"Rol oyunları"nda böyüklərin yaratdığı, bəzən seksual məzmunlu situasiyalar.

Kiberzorakılıq və emosional risklər

Çatlarda təhqirlər, ələ salma, oyunda qruplaşmalar uşaqların hisslərini incidə bilər. Bu, özünəinamın azalmasına, qorxu və narahatlığa səbəb ola bilər.

Eyni zamanda sosial təzyiq – "kool" görünmək, nadir geyim və predmetlərə sahib olmaq istəyi – uşaqlarda geri qalma kompleksi yarada bilər.

Maliyyə riskləri

Roblox-un daxili valyutası – Robux real pulla alınır. Uşaqlar bəzən bunun pul dəyərini anlamır və icazəsiz alış edə bilirlər.

Məkrli insanlar "pulsuz Robux" və ya "nadir əşyalar" vəd edərək uşaqları aldada, şəxsi məlumatlarını və ya parollarını ələ keçirə bilərlər. Hesabların oğurlanması da bu risklərdəndir.

Məxfilik və şəxsi məlumatlar

Bəzi oyunçular uşaqlardan ad, yaş, yaşayış yeri kimi məlumatlar istəyirlər. Uşaqlar bunu paylaşdıqda ciddi təhlükə yaranır.

Bundan başqa, platforma istifadəçi davranışları barədə məlumat toplayır. Əgər bu məlumatlar sızarsa, risklər artır.

Asılılıq, vaxt itkisi və sağlamlıq

Roblox-a çox vaxt ayırmaq yuxuya, dərslərə və fiziki aktivliyə mənfi təsir edir.

Əgər uşaq tez-tez oyunda təhqirlərə və ya sosial təzyiqə məruz qalırsa, bu psixikasına mənfi təsir göstərərək narahatlıq və hətta depressiyaya səbəb ola bilər.

Moderatorluq və yaş məhdudiyyətlərinin problemləri

Bəzi oyunlar düzgün qeyd olunmur, bu da valideynlər üçün çətinlik yaradır. İstifadəçilər saxta yaş göstərə və ya yeni hesab yarada bilirlər. Moderatorlar isə çoxlu kontent səbəbindən hər şeyi dərhal yoxlaya bilmir.

Roblox-un təhlükəsizlik tədbirləri

13 yaşdan kiçiklər üçün çat və şəxsi mesajlarda məhdudiyyətlər.

Valideyn nəzarəti funksiyası: dost siyahısına baxmaq, oyun vaxtını idarə etmək, alış-verişi məhdudlaşdırmaq.

Kontentin "minimum", "orta" və s. kimi kateqoriyalar üzrə işarələnməsi.

Çat filtrinin nalayiq sözləri və şəxsi məlumatları bloklaması.

Amma buna baxmayaraq, risklərin qarşısını tam almaq olmur.

Valideynlər üçün praktik məsləhətlər

Açıq danışmaq: uşağa şəxsi məlumatları tanımadığı insanlarla paylaşmamağın vacibliyini izah etmək.

Valideyn nəzarətini aktivləşdirmək: çat məhdudiyyətlərini, alış-veriş icazəsini yoxlamaq.

Vaxt limitləri qoymaq: oyunun dərsə, yuxuya və sağlamlığa mane olmaması üçün balans yaratmaq.

Dost siyahısını izləmək: uşağın yalnız real həyatda tanıdığı və ya ailənin tanıdığı insanları əlavə etməsini təşviq etmək.

Kontenti yoxlamaq: oyunları birlikdə seçmək, rəylərə baxmaq.

Məkrli təklifləri tanıtmaq: "pulsuz Robux" və ya parol sorğularının təhlükəli olduğunu öyrətmək.

Nəzarət mühiti yaratmaq: uşağın oyunu gizlətməməsi üçün cihazı ümumi istifadə yerində saxlamaq.

Paylaş

Xəbər lenti

Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48 Sosial müəssisədə doqquz gündür istilik yoxdur? Bu gün, 08:48 Bakıda bu ərazidə fərdi evlər SÖKÜLƏCƏK - 3 min manat kompensasiya... Bu gün, 08:48 Qazaxda evdə partlayış olub: Ana və oğlu xəsarət aldılar Bu gün, 08:48 Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR