
Bakının Sabunçu rayonunda yanğın baş verib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Əliyar Əliyev küçəsində, "London taksiləri"nin təmir qarajında qeydə alınıb.
İlkin məlumata görə, yanğın obyektin anbarında baş verib.
Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in xüsusi təyinatlı texnikası və şəxsi heyəti cəlb olunub.
Son məlumata görə, "London taksiləri"nin təmir qarajında baş verən yanğın söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.