23-09-2025, 14:48 271

SOCAR:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan "Italiana Petroli" (IP) şirkətinin 99,82 %-lik səhmlərinin "API Holding"dən alınması barədə saziş imzalayıb.

Bu barədə AVESTA.AZ-ə SOCAR-dan məlumat verilib.

Əməliyyat ənənəvi bağlanış şərtləri və müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq 2026-cı ilin birinci rübündə başa çatdırılacaq. Qeyd edək ki, sövdələşmə SOCAR-ın 2024-cü ilin dördüncü rübündən iştirak etdiyi rəqabətli "M&A" prosesinin nəticəsidir.

"Italiana Petroli" İtaliyanın ən iri inteqrə olunmuş "downstream" platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təxminən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, həmçinin bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışına və ölkəni tam əhatə edən logistika şəbəkəsinə sahibdir.

Şirkət peşəkar yerli idarəçi komandası, təhlükəsizlik və səmərəliliyə yönəlik fəaliyyəti ilə tanınır, müştərilər və fəaliyyət göstərdiyi icmalar arasında güclü reputasiya qazanıb. SOCAR IP-nin möhkəm bazar mövqeyini qorumaq və gücləndirmək üçün yerli komanda ilə əməkdaşlığı davam etdirməyi, müştərilərinə və tərəfdaşlarına yüksək keyfiyyətli xidmətlərin davamlı çatdırılmasını təmin etməyi planlaşdırır. Şirkət həmçinin işçi qüvvəsini ixtisar etməyəcək və ətraf mühitə hörmət prinsiplərini İtaliyadakı fəaliyyətinin əsas istiqamətlərindən biri kimi saxlayacaq.

Bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunu genişləndirmək baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın İtaliya ilə iqtisadi və enerji əməkdaşlığının möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcək.

"API Holding" isə detallı seçim prosesindən sonra SOCAR-ın institusional profili və zəngin biznes təcrübəsini nəzərə alaraq IP-dəki bütün payını satmaq qərarına gəlib. Qrup hesab edir ki, etibarlı nüfuza malik beynəlxalq sənaye şirkətinə satış IP-yə idarəetmədə mükəmməllik axtarışını davam etdirməyə, korporativ istedadların dəyərləndirilməsinə, qlobal miqyasda mövqelərin gücləndirilməsinə və Aralıq dənizində strateji mərkəz kimi rolunun möhkəmlənməsinə imkan verəcək.

Paylaş

Xəbər lenti

DÇ-2026: Fransanı mübarizədən kənarlaşdıran İspaniya ilk finalçı olub Bu gün, 01:48 "Qarabağ"ın sabiq hücumçusu Duran "Seltik"də ilk qolunu vurdu Bu gün, 00:51 Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR Bu gün, 00:51 Tramp: Düşünürəm ki, Yaxın Şərq birləşir Bu gün, 00:50 "Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb Bu gün, 00:49 Maliyyə qalmaqalı: İraqda 140 milyard dolların yoxa çıxması faktı araşdırılır Bu gün, 00:49 Ali Rada Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət rejiminin artırılmasını təsdiqlədi Bu gün, 00:49 İranın Əhvaz şəhərində partlayış səsləri eşidilib Bu gün, 00:49 Odessa sahillərində Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb Bu gün, 00:48 Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq Bu gün, 00:48 Slovakiya prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb Dünən, 22:48 Biləcəridə hər gün qəza riski: Sürücülər təhlükə ilə üz-üzə Dünən, 22:48 "Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub etdi Dünən, 22:48 Pezeşkian: Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik Dünən, 22:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah" qarşılaşmasında hesab artıb Dünən, 22:48 İran böhranı nefti bahalaşdırdı: Azərbaycanı nə gözləyir? Dünən, 22:48 SEPAH ABŞ-nin Bəhreyndəki bazasına hücum edib Dünən, 22:48 Şabranda FACİƏ: Zəhərlənən 75 yaşlı qadın öldü Dünən, 22:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Peter Pelleqrininin Azərbaycana səfərinə dair paylaşım edilib Dünən, 21:48 Trampdan sürpriz geri addım: ABŞ prezidenti Yaxın Şərq ölkələri ilə razılığa gəldi Dünən, 21:48 Məzuniyyətə çıxmayanların nəzərinə - Həkim xəbərdarlıq etdi Dünən, 21:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah"ı qəbul edir Dünən, 21:48 Bakıda gənc yazıçı xanımı maşın vurdu Dünən, 21:48 Dayı bacısı qızının evindən qızıl oğurladı Dünən, 21:48 Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Dünən, 20:48 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı Dünən, 20:48 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI Dünən, 20:48 Yamalın Dünya Çempionatındakı ən böyük problemi üzə çıxdı Dünən, 20:48 Bakıda daha bir marşrut xəttinin avtobusları və hərəkət sxemi yenilənir Dünən, 20:48 Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib Dünən, 20:48 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu Dünən, 20:48 Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır Dünən, 20:48 "Ziraat Bank Azərbaycan"ın problemli kreditləri 83 % artıb Dünən, 19:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Dünən, 19:48 Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA Dünən, 19:48 Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir Dünən, 19:48 Azərbaycan və Slovakiya daxili işlər sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Dünən, 18:48 Beynəlxalq axtarışda olan Türkmənistan vətəndaşı ekstradisiya edilib Dünən, 18:48 Bakıda sərnişin avtobusları toqquşdu Dünən, 18:48 Azərbaycan Belarusdan kartof tədarükünü kəskin artırıb Dünən, 18:48 Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir Dünən, 18:48 Bu rayonda yeni uşaq oyun meydançaları yaradılacaq Dünən, 18:48 Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI Dünən, 17:48 Əli Əsədov "Damen Shipyards Group" şirkətinin baş icraçı direktoru ilə görüşüb Dünən, 17:48 Haluk Leventin qumarxanadan görüntüləri sızdı Dünən, 17:48 Yaxın Şərqdə münaqişə yenidən böyüdü - İranda ard-arda partlayışlar oldu Dünən, 17:48 Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər Dünən, 17:48 Slovakiyalı nazir: "Azərbaycandan ildə 1,2 milyard kubmetr qaz almaq istəyirik" Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR