
Qubada bıçaqlanma hadisəsi olub.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə Qubanın Xucbala kəndində qeydə alınıb.
Belə ki, əslən Laçın rayonundan olan Şamama Salam qızı Kərimova kəsilmiş-deşilmiş xəsarətlər ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
İlkin məlumata əsasən, qadını qardaşı M.Məhərrəmov bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.