25-09-2025, 14:48 281

ADY ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır - CƏDVƏL

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi, xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayır.

ADY-dən AVESTA.AZ-ə verilən məlumata görə, Azərbaycanda dəmir yollarının yaranmasının 145 illiyi ərəfəsində – 28 sentyabr 2025-ci il tarixindən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstəriləcək.

Qrafikə əsasən, qatar hər gün saat 05:45-də Gəncədən yola düşərək 06:57-də Mingəçevir şəhər stansiyasına çatacaq, saat 07:15-də Mingəçevirdən Gəncə–Ağstafa istiqamətində hərəkət edərək 08:26-da Gəncə, 09:48-də isə Ağstafada olacaq. Günün ikinci yarısında reyslər saat 16:00-da Ağstafadan başlayacaq, qatar saat 17:19-da Gəncəyə, 18:36-da Mingəçevir şəhər stansiyasına çatacaq. Saat 19:00-da Mingəçevirdən yola düşən qatar 20:11-də Gəncədə olacaq.

Sərnişinlər Mingəçevir, Mingəçevir-baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+ biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Gəncə–Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 AZN, Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 AZN təşkil edəcək.

Sərnişinlər səfər zamanı ödənişsiz "Wi-Fi" xidmətindən də yararlana biləcəklər.

Biletləri 25 sentyabr tarixindən etibarən ADY-nin rəsmi veb-saytı və "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.

ADY qatarların təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Mingəçevir sahəsində dəmir yollarında yenidənqurma işləri həyata keçirib. Həmçinin Mingəçevir şəhər stansiyasının binasında təmir işləri aparılıb, gözləmə zalı yenilənib.

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi nəticəsində sərnişin daşımalarında nəzərəçarpacaq artım gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, bu marşrut üzrə illik 100 minə yaxın sərnişin daşınacaq.

Gəncə–Mingəçevir–Ağstafa marşrutunun açılması bu istiqamətlərdə səfər edən, Mingəçevir və Gəncə şəhərləri, Tovuz və Ağstafa rayonları, Goran, Dəllər və Qovlar qəsəbələrində yaşayan insanlar üçün nəqliyyatın mobilliyinin təmin edilməsinə, eyni zamanda, Mingəçevir əhalisinin də daha rahat, təhlükəsiz və sərfəli səyahət etməsinə xidmət edəcək. Ümumilikdə yeni marşrutun açılması qeyd edilən bölgələrin sosial-iqtisadi inkişafına, eləcə də "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq, paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək, o cümlədən Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq.

Qeyd edək ki, Gəncə, Tovuz və Ağstafaya ənənəvi olaraq Bakı–Qazax–Bakı marşrutu ilə hər gün hər iki istiqamətdə olmaqla, eyni zamanda, həftəiçi hər gün Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslərlə səfər etmək olar.

ADY Azərbaycanın bütün regionlarını sərnişinlər üçün daha da əlçatan etməyi və xidmət coğrafiyasını genişləndirməyi hədəfləyir. Bu məqsədlə sərnişindaşıma xidmətinin davamlı olaraq yüksəldilməsi üçün müasir yanaşmalar tətbiq edir. 2023-cü ildə ilk dəfə Bakı–Qəbələ–Bakı marşrutu istifadəyə verilib, 2024-cü ildə yeni qatarların xəttə buraxılması ilə Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslər artırılıb və Ləki və Ucar stansiyalarına dayanacaq verilib, bir sıra stansiya və dayanacaqlarda, rayonlararası istiqamətlərdə hərəkət edən qatarlarda pulsuz "Wi-Fi" xidməti aktivləşdirilib. 2025-ci ilin əvvəlində Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşıma bərpa olunub, iyunun 15-də Bakı–Ağstafa–Bakı marşrutu Qazaxa qədər uzadılıb, avqustun 30-da isə Bakı–Ağdam–Bakı xətti açılıb. Bakıdan Ağdama reyslərin təşkili Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artıracaq, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə imkan verəcək.

Paylaş

Xəbər lenti

"Binokl diplomatiyası": Aİ missiyası Cənubi Qafqazda yeni qarşıdurma riski yaradır? Bu gün, 17:48 Nəsrin Cavadzadənin serialı bu tarixdə başlayır Bu gün, 17:48 İzzət Bağırov: "İbrahim Tatlısəs kimi oxuya bilmərik, onun ayaqqabılarını da geyinə bilmərik" Bu gün, 17:48 Azərbaycanda bu aktyorlara 25 000 MANATADƏK PUL VERİLƏCƏK - SİYAHI Bu gün, 17:48 Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir Bu gün, 17:48 Kann Film Festivalında "Qu quşu kimi" parlayanlar, "Sıxıcı" hesab edilənlər... - SİYAHI Bu gün, 17:48 Bakıda və bu bölgələrdə yaşayanların NƏZƏRİNƏ - Hava XƏBƏRDARLIĞI EDİLDİ Bu gün, 17:48 Türkiyənin 21 bölgəsində əməliyyat! Tanınmış jurnalist də daxil olmaqla 200 NƏFƏR SAXLANILDI Bu gün, 17:48 Tbilisi prospektində hərəkəti rahatlaşdıracaq yeni dəyişikliklər edildi Bu gün, 17:48 Bu gün "Avroviziya 2026"nın ikinci finalçıları müəyyənləşəcək - Azərbaycan ikinci çıxış edəcək Bu gün, 17:48 Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir Bu gün, 17:48 Qidadan zəhərlənən Oktay Kaynarcanın son vəziyyəti açıqlandı Bu gün, 17:48 Bilgəh yolunda 144 nömrəli marşrutla "Mercedes" toqquşdu Bu gün, 16:48 BYD və "Lexus" "Gənclik"dəki tuneldə QƏZA EDİB - Xəsarət alanlar var Bu gün, 16:48 Gürcüstanda AĞIR QƏZADAKI ölən azərbaycanlı gənclərin FOTOSU Bu gün, 16:48 Bəzi ərazilərdə qaz kəsiləcək Bu gün, 16:48 Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb Bu gün, 16:48 Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib Bu gün, 16:48 ETX kiberdələduzluq cəhdləri ilə bağlı xəbərdarlıq edib Bu gün, 16:48 "Gənclik"dəki tuneldə dəhşətli QƏZA - sürücü ağır xəsarət alıb Bu gün, 15:48 Hikmət Hacıyev: "Qlobal Cənub ölkələri bütün bu proseslərdə və təşəbbüslərdə fəal iştirak etməlidirlər" Bu gün, 15:48 Azərbaycanda iki yeni institut yaradılıb Bu gün, 15:48 COVID-lə mübarizə aparan tibb işçilərinə əlavələrin verilməsi uzadıldı Bu gün, 15:48 Azərbaycanın 9 şəhərində keçirilən WUF13 festivallarında 115 mindən çox insan iştirak edib Bu gün, 15:48 SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı təqdim edilib Bu gün, 15:48 Bu marşrut üzrə avtobuslar YENİLƏNİR Bu gün, 15:48 İş adamı Fuad Allahverdiyevi şantaj edən keçmiş həyat yoldaşına AĞIR CƏZA Bu gün, 15:48 "Qəbələ" Asif Məmmədova görə 10 min manat cərimələnib Bu gün, 15:48 6680 nəfər Azərbaycanda müvəqqəti yaşama icazəsi üçün müraciət edib Bu gün, 14:48 BƏƏ sahillərində gəmi ələ keçirilib və İran istiqamətinə yönləndirilib Bu gün, 14:48 "Xəzər dənizinin səviyyəsinin azalması risklər yaradır" - Muxtar Babayev Bu gün, 14:48 AZCON və AzTU-dan mühəndislik təhsilində yeni model: AZSET proqramına start verildi Bu gün, 14:48 Sabiq rektor vəfat etdi Bu gün, 14:48 Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat Bu gün, 14:48 Buraxılış imtahanlarında DƏYİŞİKLİK! Məleykə Abbaszadədən AÇIQLAMA Bu gün, 14:48 Bakıda iş yoldaşını öldürməkdə ittiham olunan şəxsin məhkəməsi başlayıb Bu gün, 14:48 Qatarla artıq bura da getmək mümkün olacaq Bu gün, 14:48 Mayis Musayev işdən çıxdı Bu gün, 14:48 "Qadın səbrli olmalı, hər şeyi nizama salmalıdır" Bu gün, 13:48 İçərişəhərdə ilk dəfə sakinlərin statistik uçotu aparılır Bu gün, 13:48 Azərbaycanda boşanmaların sayının artmasının ən böyük səbəbi ailə modelinin dəyişməsidir Bu gün, 13:48 Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib Bu gün, 13:48 WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilərin DİQQƏTİNƏ! 30 gün... Bu gün, 13:48 11-ci sinif şagirdi məktəbdə xəsarət aldı Bu gün, 13:48 Milyardlıq kosmetika imperiyasını tərk edib rahibliyə keçdi Bu gün, 13:48 Tramp və Si arasında ticarət razılaşması qlobal bazarlara təsir edə bilər Bu gün, 13:48 Nazirlik "Dr.Gülü" ilə bağlı araşdırma apardı - Bir çox gizlinlərin üstü açıldı Bu gün, 13:48 6680 nəfər Azərbaycanda daimi yaşama icazəsi üçün müraciət edib Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR