
Səhiyyə sisteminin diaqnostik, müalicəvi və pasiyent baxımı imkanlarını artırmaq məqsədilə Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələri üçün geniş tibbi cihazların satınalınması planlaşdırılır.
AVESTA.AZ-in məlumatına görə, satınalma prosesi Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi tərəfindən həyata keçirilir.
Müsabiqənin ümumi dəyəri 4,6 milyon manata yaxın qiymətləndirilir.
Bu layihə sayəsində Naxçıvan MR tibb müəssisələri daha müasir və effektiv diaqnostik imkanlarla təchiz olunacaq, xəstələrə keyfiyyətli tibbi xidmət göstərilməsi artırılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.